Aysel
 

Suallar

1. İndi Əhməd və İqbalın yaşlarının cəmi 41-dirsə, 10 ildən sonra onların yaşlarının cəmi neçəyə bərəbər olacaq?
A) 56 B) 51 C) 61 D) 66 E) 71

2. 15 - 522
12 - 441
17 - 982
13 - ?

a)1021 b)991 c)961 d)691 e)661

3. 12-33, 31-44, 41-55, 43-?

a) 55
b) 66
c) 77
d) 88
e)99

A B-dən böyükdür. C isə D-dən böyükdür. C A-dan da böyükdür. A D-dən kiçikdir. Onda D ... böyükdür.

a)A-dan və C-dən b)təkcə A-dan c)C-dən, B-dən və A-dan d)A-dan və B-dən e)Təkcə B-dən 

I Pyotrun xalqların bir çoxu haqqında maraqlı fikirləri vardı. O ,xalqlardan biri haqda belə demişdi: "Onlar sevgi ve rəqsden başqa heç nə bilmirlər." Məntiqinizə əsaslanaraq deyin: O hansı xalqı nəzərdə tuturdu..?

2)Eynşteyin nəyi bəşəriyyətin böyük kəşfi hesab edirdi?

3)Qədim astekler kakao tumlarını tamam başqa məqsəd üçün istifadə edirdiler. Onlar hansı məqsəd üçün istifadə edirdilər?

4)Bir gün Eynşteyn öz tələbələrinə imtahan keçirir. Bu vaxt tələbələrdən biri təəccüblənərək deyir:" Suallar keçən ilki suallarla eynidir ki."Eynşteyn isə cavabında deyir: "Suallar eynidir, amma . . . " Fikri tamamlayın..

5)Yunanıstanda yeni il hədiyyəsi verərkən mütləq hədiyyənin üstündə zeytun budağıda verirlər .Bunun səbəbi nədir?

6)BMW kompaniyası ilk əvvəllər X istehsal etmək üçün yaradılmışdı və yalnız 10ildən sonra avtomobillərin istehsalına başlandı. Onlar əvvəl nə istehsal edirdilər?

7)Bu dil dünyanın ən asan dili hesab olunur. Belə ki, bu dilde sadəcə 12 hərf var. Söhbət hansı dildən gedir?

Bir qadın detektiv tutmaq istəyir və rəfiqəsi bu qadına bir detektivi məsləhət görür. Amma bu detektivlər 2 nəfər olur. Qadın detektivlərə deyir ki, aranızda özünüz seçin, bir nəfər mənim işimi görəcək.
Sonra detektivlər öz aralarında danışırlar. Aramızda kim ən agıllıdırsa işi alsın, əgər kim ağıllı deyilsə ölkəni tərk etsin. Detektivlər razılaşırlar.
Ertəsi gün detektivin biri xəstələnir və digər detektivi çağırır. Və ona deyir:
Mən xəstələnmişəm. Ayağa qalxacaq gücüm yoxdur, açarı al, evimə get. Qarşına çıxan ilk qapıdan gir və düz get. Ardından qarşına çıxan 2-ci qapıdan gir və kitabxanaya gir. Orada sağdaki kitab rəfinin ən üst yerində bir kitab var. Kitabın 13 və 14-cü səhifələri arasında 35 dollar var. Onu mənə gətir.
Və detektiv gedir. Digər detektivin dediyi kimi ilk qapıdan girir, ardından 2-ci qapıdan girir və kitabxanaya girir. Kitabın arasından pulu götürür ve digər detektivin yanına gedib pulu verir.

Pulu gətirən adam ölkəni tərk edir, xəstə olan detektiv isə işə başlayır.

Sual: Pulu gətirən detektiv nə kimi bir ağılsızlıq etdi ki, ölkəni tərk etdi?

Günlərin bir günü yaraşıqlı bir oğlanın taksisinə şəhərimizdə bir günlük qonaq olan gözəl göyçək bir rus xanım əyləşərək, ondan şəhərimizin gəzməli görməli yerlərini gəzdirməsini xahiş edir. Onlar razılığa gəldikdən sonra başlayırlar şəhərimizi gəzintiyə.

İki gəncin başı gəzintiyə, mehriban söhbətə qarışdığı üçün vaxtın necə gəlib getdiyinin fərqinə varmırlar. Artıq hava qaralır, vaxt azalırdı. Təyyarəyə yetişmək üçün gözəl xanım elə həmən taksi ilə də hava limanına yollanır.

Bir neçə saat bir yerdə olmalarına baxmayaraq oğlanın bu xanımdan çooox xoşu gəlir, bir könüldən min könülə aşiq olur, lakin hisslərini dilə gətirə bilmir. İçində alovlanan yeni sevgi qığılcımlarını elə içindəcə dəfn etmək qərarına gəlir, hisslərindən söz açmır.

Xudafizləşərkən oğlan xanımdan şəhərimizdə, gəzdikləri, gördükləri yerlərdən ən çox nədən, haradan xoşu gəldiyini soruşur. Qızın cavabı isə çox qəribə olur... Cavab vermək üçün oğlandan bir vərəq və qələm rica edərək 1361 yazır.

Şəhərimizdə qonaq olan rus gözəlini yola saldıqdan sonra oğlan 1361-in nə demək olduğunu düşünə düşünə yola düşür... Fikirli olduğu üçün də avtomobil qəzası törədərək, maşınla adam vurur, həbsxanaya düşür.

Həbsxanada başına gələnləri dustaq yoldaşlarına danışır, vərəqdə yazılan 1361-i göstərir. Yalnız bir nəfərdən başqa heç kəs bu 1361-in nə məna daşıdığını anlaya bilmir. Və həmən adam oğlana 1361-in nə demək olduğunu başa salsa da artıq hər şey üçün çox gec idi...


Qız vərəqdə 1361 yazmaqla oğlana nə demək istəmişdi?
1. Hamının bildiyi Ölüm və Həyat arasında nə var ?

2. Azərbaycan dilində ən çox səhf oxunan söz hansıdır ?

3. BİÜDB? sual işarəsinin yerinə hansı hərf olmalıdir.

           Görək kim daha cəld və ağıllıdır

QELEM.TR.GG
elaci.tr.gg
zaurrr.tr.gg

Aysel ve Zeyneb
 
Zeyneb Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol