Aysel
 



ZEBRA TORTU

 


Ərzaqlar
 

4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2 stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu

1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.

2. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.

3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır.Sekilde gorduyunuz kimi .
 




 4. Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.

5. Sobanı 180˚C-dək qızdırın.

6. Diametri 23 santimetr olan dibi yapışmaz (non-stick) yumru tort formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.əkildə gördüyünüz kmi.




7. Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç AÇMAYIN, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

 

NAPOLEON TORTU



Əvvəla bunu deyim ki, Napoleon bir neçə qayda ilə hazırlanır. Əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremini isə “zavarnoy” kremdir. Əgər sizin öxünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz.


Xəmir Üçün:
200 q soyuq kərə yağı - iri-iri doğrayın
4 stəkan un
1 yumurta
1 stəkan xama

Krem Üçün:
3 yumurta
1 stəkan yarım şəkər tozu
6 xörək qaşığı un və ya qarğıdalı nişastası (qaşığı çox doldurmayın)
4 stəkan süd
200 q kərə yağı

Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın. Sonra bu kütləni orta odda qarışdıra-qarışdıra qatılaşanadək bişirin, təxminən 6-7 dəqiqə. Kənara çəkin. Qoyun bir 10 dəqiqə soyusun. Sonra üstünə kərə yağını əlavə edib krem halına gələnədək mikserkə çalın. Kremi soyuducuya qoyun.



İndi isə xəmiri hazırlayın. Bunun üçün qaba un və kərə yağını qoyun. Bunları ya bıçaq, ya da barmaqlarınızla iri umac əldə edənə qədər döyün.


Ayrı qabda yumurta və xamanı qarışdırın. Sonra bu qarışığı unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır (qeyd: adətən 4 stəkan un kifayət olur, amma əgər xəmir hələ də ələ yapışırsa, onda ona bir az da un əlavə edin).



Xəmiri 7 hissəyə bölüb kündələyin (8 kündə də ola bilər, istəsəniz). Kündələri sellofana büküb 2 saatlığa soyuducuya qoyun.



Xəmir soyuduqdan sonra bişirilməyə hazırdır.

Sobanı 200Cdək qızrıdın.

Kündələri bir-bir bişirin. Bunun üçün hər kündəni oxlovla təxminən 28 sm-lik kvadrat şəklində nazik-nazik açın. Formanızın ölçüləri fərqlidirsə, layların ölçüsünü ona görə edin. Laylar nazik olmalıdır, şəkildə gördüyünüz kimi. Açdığınız layı formaya yerləşdirin (formanı yağlamayın!). Əgər cırılan yerləri varsa, xəmirlə yapışdırın. Layın üstünü çəngəllə 3-4 yerdən deşin. Bunu ona görə edirsiniz ki, xəmir sobada çox qabarmasın. Qabarsa da, narahat olmayın. Sonrakı mərhələdə onları *partladacaqsınız*.


Hər layı 6-8 dəqiqə ərzində üstü bir az qızarana qədər bişirin. Tez-tez baxın ki, yanmasınlar. Hazır layın üstü yarı ağ, yarı qızarmış yamaqlar şəklində olacaq ki, bu, belə də olmalıdır. Bütün kündələri eyni şəkildə açıb bişirin. Bişən layları ehtiyyatla bir-birinin üstünə yığın. Ən çox bişən və ya qırılan layı ovub kənara qoyun, bu ovuntunu sonrakı mərhələdə tortun üstünə səpəcəksiniz.



İndi isə layları aralarına bol-bol krem çəkmək şərtilə üst-üstə yığın. Layların qabarıqları varsa, onları çəngəllə *partladın*. Kremi layların kənarlarına daha da bol çəkin, çünki tortun kənarları ən çətin yumuşalandır.



Kənara qoyduğunuz ovuntunun bir hissəsini tortun üstünə, digər hissəsini isə kənarlarına səpin. Tortunuzun kənarları bir o qədər səliqəli deyilsə, onda ora ovuntu səpməyin. Gözləyin tort yumuşalsın, sonra kənarlarını bıçaqla kəsib düzədin və ovuntu səpin.


 

Qoyun tort ən az 7-8 saat ərzində və ya gecədən səhərədək otaq hərarətində yumuşalsın. Yumuşaldığında Napoleon tortunuz hazırdır. Nuş olsun!

 

Serbet


 

Terkibi :


1 eded qatilasdirilmis sud
2 stekan sud
2 x. q. bal
1 tekan qoz – findiq

  Sekerle qatilasdirilmis sudu 30-40 deqiqe yavas odda qaynadiriq ve sonda bal elave edirik. Soyuduqdan sonra mikserle caliriq.daha sonra qoz – findigi elave edib qelarisdiririq. Hazir qarisimi qelibe yayiriq. Soyuducuda tam soyuduqdan sonra qelibden cixarib dograyiriq.
 


RAFFAELLO




"Rafaello" konfetlərinin hazırlanması

İstifadə edilən məmulatlar:

1 qutu (400 qr) qatılaşdırılmış şirin süd
150 qr kokos qırıntısı
3 xörək qaşığı kərə yağı
70 qr badam
1 paket şəkərli vanil


 

                     
                          Hazırlanması:

 Böyük qazana qatılaşdırılmıç südü boşaldın üzərinə kərə yağını əlavə edib qarıçdırın .Vam odun üstündə 15 dəqiqə müddətində fasiləsiz olaraq qarışdıra qarışdıra qaynadın.
Sonra qazana kokos qırıntılarının 1/3 hissəsini və vanil əlavə edin.
Bütün bu kütləni birlikdə yaxşıca qarışdırın.Bundan sonra qazanı odun üstündən götürun və təxminən 7-8 dəqiqəliyə soyumaq üçün kənara qoyun.
Soyuduqdan sonra bu kütlədən kiçik ölçüdə kürələr hazırlayın və bu kürənin ortasına badam yerləşdirin.Daha sonra bu kürəni qalan kokos qırıntilarının içərisində hərlədib kürəni bu qırıntılar ilə örtün.Hazır olduqdan sonra bərkimək üçün soyuducuya qoyun.Soyuducudan çıxartdıqdan sonra səliqə ilə gözəl boşqaba düzüb üstünə kokos qırıntıları səpin və süfrəyə
verin.

 

  RULET




Rulet biskvitinin tərkibi:

4 yumurta

1 st şəkər tozu
100 qr kərə yağı
Vanil
1 st un

                   Arası üçün:  
200 qr şaftalı cemi (cem xoşlamayanlar bişmiş, qatılaşmış süddən istifadə edə bilər).




                  

             HAZIRLANMASI :                      
İlk olaraq yumurta şəkərlə ağarana qədər mikserlə çırpılır. 




Otaq temperaturunda yumşalmış kərə yağı əlavə olunur.




Vanil də əlavə olunur, çalınır. 


Ən son olaraq ələnmiş un qaşıqla qarışdırılıb, həll olunur. 




Çalınmış kütlə listə eyni bərabər olmaqla yayılır. Əvvəldən isidilmiş sobada 180 dərəcədə bişirilir


 

Sobadan çıxardan kimi cemi sürtülüb tez bükülür. Bir kənarda soyudulur. 

  


Bura qədər birinci hissənin sonu, əsas reseptimizin başlanğıcıdır. Özlüyündə bir şirniyyat olan rulet dilimləri hazırlanan reseptin ərzaqlarından biridir. 



Kremin tərkibi:
400 qr kəsmik
3x.q şəkər kirşanı (şirin sevənlər artıra bilər)
200 ml qaymaq
Vanil
10 qr jelatin



 Kremi hazırlamaq üçün jelatin 2 x.q soyuq suda (20 dəq.) isladılır. Kəsmiyi ələkdən keçirdikdən sonra şəkər kirşanı, vanil və qaymağın yarısı mikserlə açılana qədər çalınır.Qaymağın yarısı odda əridilir, qaynayan vaxt islanmış jelatin qarışdırıb həll olunur. İsti məhlul sürtgəcdən süzülür, kəsmiyə asta-asta əlavə edərək mikserlə çalınır. Sonra isə bir iri şaftalı doğranıb kremə əlavə edilir. Bir formaya əvvəl salafan, sonra isə rulet dilimləri sıf düzülür. Krem əlavə edilir.





 Bir az bərkidikdən sonra qalan ruletlə üstü örtülür, soyuducuya qoyulur.




Bir gün saxladıqdan sonra nuş edə bilərsiniz.



 

           Nuş olsun!




                                                                                                    

"Snikers" tortu 





İstifadə olunan məmulatlar:

9 ədəd yumurta
5 xörək qaşığı kakao
3 stəkan şəkər tozu
2 xörək qaşığı üyüdülmüş quru çörək ( suxarı)
3 xörək qaşığı kraxmal
Qoz ləpəsi ( və ya xırdalanmış araxis)
2 xörək qaşığı xama
300 qr kərə yağı



                 Hazırlanması:

 Yumurtanın ağınl 3 çay qaşığı kakao, yarım stəkan şəkər , quru çörək ( suxarı), kraxmal və xırdalanmış qoz ilə qarışdırın.Xəmiri yağlanmış formaya qoyub tam odda hazır olana kimi bişirin.Krem hazırlamaq üçün tumurta sarısını yarım stəkan şəkər ilə çalın və iki xörək qaşığı kakao tozu, xama əlavə edib yenidən qarışdırın.Alınmış kütləni qatılaşıb bərkimək üçün vam odun üstünə qoyun.Sonra kərə yağı əlavə edib qarışdırın.Hıazırlanıb soyudulmuş xəmiri yaxşıca kremləyib ona şəkildəki formani verib bəzəyin.

  

FINDIQLI TORT





Vəsaitləri.
6 kvadrat nazik xəmir
6 biskvit
1 su stəkanı iri çəkilmiş fındıq
1 çay stəkanı pudra şəkəri

Krem üçün.
4 yumurtanın sarısı
1.5 su stəkanı süd
1.5 şorba qaşığı un
1 şorba qaşığı qarğıdalı nişastası
1 çay stəkanı toz şəkər
1 limonun rəndələnilmiş qabığı


                Hazırlanışı.
Xəmirləri yüngül üst üstə gələcək şəkildə yerləşdirib barmaq uclarınızla basdıraraq yapışdırın. Üzərlərini çəngəllə bəzən ara-ara deşin və kağızla birlikdə soba tavasına yerləşdirin. Əvvəldən isidilmiş 180 dərəcəyə nizamlı sobada 10-15 dəqiqə bişirin. Sobadan çıxarıb soyumağa buraxın. Xəmirin kənarlarını kəsərək düzəldin. Yumurta sarıları və şəkəri qazana alıb köpük-köpük olana qədər çırpın. Un və limon qabığını əlavə edib çırpmağa davam edin. Südü yavaş-yavaş əlavə edin. Az atəşdə davamlı qarışdıraraq tündləşənə qədər bişirin. Ocaqdan götürüb mikserlə çırparaq soyudun. Kremi qalın bir qat halında yayıb üst üstə yerləşdirin. Biskvitləri Blendr köməyi ilə un halında əzin. Fındıq və qalan kremi əlavə edib qarışdırın. Tortun kənarlarını fındıqlı krem çəkin. Üzərinə pudra şəkəri səpin. Dəmir şişi ocağın üzərində qızdırıb şəkərin üzərinə kvadrat şəkillər meydana gətirəcək şəkildə sürtün. Dilimləyin. Fındıqlı tort artıq hazırdır.
 
 

"Şokolad fantaziyası" - peçenye





İstifadə olunan məmulatlar:

Marqarin 125 qr
Şəkər – 2 xörək qaşığı
Yumurta – 1 ədəd
Un – 140 qr
Şəkərli vanil – 5qr
Xaş-xaş -50 qr
Şokolad – 30qr
Limon şirəsi – 1 çay qaşığı
Rafinə edilmiş bitki yağı


               Hazırlanması:

1.Yumuşaldılmış marqarini xaş-xaş və şəkər ilə birlikdə qarışdırın.Sonra üzərinə yumurta, limon şirəsi, şəkərli vanil və un əlavə edib xəmir yoğurun.Xəmirdən yumuru kürələr hazırlayın.
2.Sobanı 180 dərəcəyə kimi qızdırın və peçenyeləri tavada 15 dəqıqə müddətində bişirin.
3.Hazır peçenyelərin üzərinə əridilmiş şokolad tökün ( və ya əridilmiş şokoladin içərisinə salib şıxartmaq da olar ) və soyudub daha gözəl görsənməsi üçün xüsüsi falqaların içərisində yerləşdirin.

 

Qoz pecenyesi





Terkibi:
3 stekan un
2 eded yumurta
200 qr yag
Yarım stekan seker tozu
¼ ç.q. soda
Vanil


Iclik :
1 qutu qatilasdirilmis sud
100 qr qoz



              Hazirlanmasi:

Xemir erzaqlarinda xemir yogruruq. Xəmirdən xırda kundeler duzeldib xususi formaya yerlesdirib qazda bisirirk . Qatilasdirilmis sude qoz elave edib qarisdiririq. Yarin qozlarin icine iclik qoyub birlesdirirk. 1 saat soyuducuda saxlayiriq.

Qoz pecenyesi ucun forma



 

Sokoladli qurabiye



Terkibi :
1eded yumurta
150 q marqarin
2 stekan un
1 stekan pudra sekeri
3 x.q. nisasta
1 eded qabartma tozu
1 c.q. darcin ve zencefil qarisimi

Uzeri ucun : 1 paket eridilmis sokolad


            Hazirlanmasi :
Marqarinle sekei yogururuq, yumurta ,un,nisasta,darcin ,zencefil elave edib yumsaq xemir yogururuq. 20 deqiqe dinlendirdikden sonra sekillendiririk. 180 C 15—20 deqiqe bisiririk. Bismis qurabiyelerin uzerini erinmis sokoladla zovqe gore bezeyirik.
 

Sudlu qurabiye



Terkibi:

1 eded margarine (200q)
1—1,5 stekan pudra sekeri
2 eded yumurta
1 armudu stekan duru yag
1 eded vanil
1 eded qabartma tozu
Aldigi qeder un
Sud
Kokos

              Hazairlanmasi: 
Butun erzaqlardan yumsaq xemir yogururuq . 20 deqiqe dinlendiririk. Daha sonra istediyimiz qurabiye seklini vererek 180'Cde bisiririk. Bismis qurabiyeleri once soyuq sude daha sonra kokosa bulayiriq.
Nus olsun !!!

 

Kirpi qurabiye



Terkibi:

3 stekan un
150 qr margarin
1,5 stekan pudra sekeri
1 yumurtanin agi
1 paket vanil
1 paket qabartma tozu
Sokolad ve ya mixek



                    Hazirlanmasi:
 
Butun erzaqlari qarisdirib yumsaq xemir yogururuq. 1 saat soyuducuda saxlayiriq. Daha sonra xemirden qoz boyukluyunde parcalar qoparib kirpi formasi veririk . burun hissesine qayci ile bir kesik atiriq. Daha sonra kirpinin tikanlarini kesirik.



  Gozleri ucun ya sokolad ya da mixek
qoyuruq . 


 
 

160 derecede uzeri qizaranadek bisiririk .  

Nus olsun !!!


Cicek qurabiye


 

Terkibi:

1 paket marqarin
1 stekan seker tozu
1 eded yumurta
3 stekan un
1 eded qabartma tozu
3 x.q. kakao
1 eded vanilin


                Hazirlanmasi :

 

Sekerle yagi yogururuq. Daha sonra qalan erzaqlari elave ederek yumsaq xemir yogururuq . daha sonra xemirden bir boyuk kunde ayiririq kakao elave edib yogururuq. 30 deqiqe dinlendiririk. Daha sonra sekildeki kimi sekillendiririk. 180 derecede 25—30 deqiqe bisiririk.
 
   

 
   Sokolad qirintili qurabiye                                        




 

Terkibi :
(40 eded ucun)
1 eded yumurta
150 q seker
100 q xama
150 q kere yagi vey a marqarin
1 eded qabartma tozu
400 – 500 q un
1 eded plitka sokolad


Hazirlanmasi
Sokoladi xirda – xirda dograyiriq. Yumurtani sekerle caliriq, xama elave edirik. Yag , un ve qabartma tozu elave edib yogururuq. Daha sonra sokoladi elave edib bir defe de yogururuq. Xemiri yayiriq pecenye formasi ile dograyiriq. 180 derecede 15—20 deqiqe bisiririk.
Nus olsun !!!
 


Findiqli qurabiye




       Terkibi:                         
200 q marqarin
2 yumurta sarisi
150 q seker tozu
50 q kismis
1 paket qabartma tozu
alabildiyi qeder un
1stekan cekilmis findiq
1 eded vanilin


                 Hazirlanmasi:
butun erzaqlardan yumsaq xemir yogururuq . 30 deqiqe dinlendiririk. Daha sonra xemirden qoz boyukluyunde kundeler qoparib azaciq yastilayiriq. Uzerini sekere bulayiriq . qurabiyeleri yaglanmis liste duzuruk. 150—160 derede 30 deqiqe uzeri az qizaranadek bisiririk
Nus olsun!!!  

                 

Pecenye madlen – fransiz metbexi

Terkibi
Yumurta — 3 eded
Seker tozu — 100 q
Vanillin
Un — 150 q
Qabartma tozu
1 eded limonun qabigi
Kere yagi — 130 q


                          Hazirlanmasi: 

Kere yagini eridib soyuduruq. Yumurta , seker tozu ve vanilini caliriq. Qarisima un, qabartma tozu, limon qabigini elave edirib qarisdiraraq kere yagini elave edirik. Xemiri 2 saatliq soyuducuda saxlayiriq. Pecenyeye baliqqulagi formasi verib 180C de uzeri qizaranadek bisirirk.
 


Sade bulka





Terkibi :

12 eded ucun
450 q un
50 q kere yagi
3 x.q. seker
225 ml sud
15 q maya (1,5 c.q.)
1 cimdik duz
Uzerine xasxas



                               Hazirlanmasi :


Butun xemir erzaqlarindan yumsaq xemir yogururuq. 2 saat dinlendiririk. Daha sonra sekillendiririk .
           



20 deqiqe saxladiqdan sonra 190 derecede uzeri qizaranadek bisiririk.

Nus olsun !!!

 

Kəsmikli peçenyelər

 

Terkibi : 

 1 yumurta
 
1 paçka kəsmik
  
lazımi qədər un
 
125 qr marqarin

1 st şəkər tozu
 
Vanil

 

Əvvəlcə yumurtanı çalırıq


 
  Üzərinə şəkər tozu əlavə edib qarışdırırıq




Sonra yağ əlavə olunub çalınr

 

Sonra kəsmik əlavə edirik

 

Daha sonra un əlavə edib yoğururuq
 

 

Bərk xəmir alınır

Sonra yayrıq,çox qalın olmamalıdır və yumru kəsirik

Sonrada qatlayırıq və üzərinə şəkər tozu tökürük

 

 Və bişməyə qoyuruq 

                Nuş olsun!
 

 


 

                                                 






























 


















 

 


 








 

QELEM.TR.GG
elaci.tr.gg
zaurrr.tr.gg

Aysel ve Zeyneb
 
Zeyneb Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol