Yanıltmacaların söylənişi məlumdur ki, çox çətindir.
Gəlin bu yanıltmacaları tez bir zamanda deməyə çalışaq
Dəyirmana girdi it dəyirmançı atdı kötək
Həm kəpək yedi it həm kötək yedi it
Dəyirmançımı atdı itmi yedi kötək...
yat yat yat qovun qarpızda yata yata böyüyər...
(Sürətli bi şəkildə oxumağa çalışın)
MARAL - NƏ MARALI - ŞİMAL MARALI - NƏ RƏNGİ - KAHVERENGİ - NƏ QƏHVƏSİ - QIR
QƏHVƏSİ - NƏ ÇÖLÜ -DAĞ ÇÖLÜ - NƏ DAĞI - AĞRI DAĞI - NƏ AĞRISI - BAŞ AĞRISI -
NƏ BAŞI - QUŞ BAŞI - NƏ QUŞU -SÖHBƏT QUŞU - NƏ SÖHBƏTİ - MARAL SÖHBƏTİ
Gül dili bülbül dibi kimi gül dili bülbül dibi kimi
bülbül gülə gül dedi gül gülmədi
getdi bülbül gülə gül bülbülə yar olmadı getdi.
Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı
qapaqlı bayquşumuza necə allı ballı qapaqlı bayquş demiş...
Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı,
yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı?
Ey dibi quru qabığı quru kobud qarağac ,məni gördüncəmi qurudun
ey dibi quru qabığı qara-qara ağac məni görmedinm i qurudun
Çağatayda çarmıxa çaxılan çarın çavuşu, palçıqlı çamçağı çayda
çalxalayarkən, çantasından paltarlarını oğurlatdı...
Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı,
Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş.
Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara
bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.
Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.
Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış.Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.
Görəsən sarımsaqlasa1 dəmi saxlasaq samanı
Sarımsaqlamasaq da mi gəlir zamanı
Sarımsaqlamasaq da gəlirsə zamanı
Niyə sarımsaqlayalım o zaman samanı.
Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.
Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.
Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?
Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş,
biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş.
Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?
Dəyirmana girdi it, dəyirmançı
vurdu kötək; həm kötək yeddi it, həm kəpək yeddi it.
Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr,
dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar.
El aləm al dana aldı, aladanalandı da
biz bir ala dana alıb aladanalanamadıq.
Göydən bir damla düşdü, şıp mənim alnıma,
şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına...
İki keçəl kor kirpinin cırıq kürkünü dişi
keçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər.
İt iti itələdi, bit iti itələdi, it biti itələdi. Bit getdi, it getdi. İtdi, bitdi, getdi.
Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.
Qırx küp, qırxının da qulpu qiriq kup.
letifeler
Əsgər Həsənov tabor komandirə yaxınlaşır:
Mən evə getməliyəm, arvadım doğmalıdır.
Komandir onu buraxır. Bir həftə sonra əsgər Həsənov qayıdır.
Hə, nə oldu? Oğlan oldu , yoxsa qız?
Yoldaş Kapitan doqquz aydan sonra bilərik...
Matros səni niyə sualtı qayıqdan qovdular?
İsti idi yatanda pəncərəni açıq qoymuşdum.
Mayor döyüşçünü yanına çağırır:
Sıravi Məmmədov, axirət həyatına inanırsan?
Xeyir yoldaş mayor
Amma inanmalısan Məmmədov
İki həftə əvvəl dəfninə getdiyin nənən səni nəzarət-buraxılış məntəqəsində gözləyir...
Hərbi komissarlıqda:
Cavan oğlan, vətənə borcunuzu ödəmək istəyirsiniz?
Bəli, istəyirəm. Nə qədər borcum var?
N saylı hərbi hissənin komanderi polkovnik Nəcəfov əsgərlərin birindən soruşur
Yoldaş əsgər, tank nədi?
Tank qəzəblənmiş traktordur, yoldaş polkovnik!!!!
Komandir bölüyə hücum əmri verir və əsgərlər “urrrraaa” deyib hücuma keçirlər. Bir əsgər isə “ urrrraaa ” deyib geri qaçır.
Komandir qışqırır:
Dayan, qorxaq, hara qaçırsan?
Yoldaş baş leytenant, mən qorxaq deyiləm. Bu, mənim taktiki manevrimdi. Yer kürəsini dolanıb düşmənin arxasına keçəcəm Poçta məktub gəlir .Üstündə ’’ŞAXTA BABA ’’yazılıb. Poçt işçiləri məktubu açıb oxuyur: ’’Əziz saxta baba. Mən Dimayam, Şimalda yaşayıram.Qışda bura çox soyuqdur. Yeni ildə uşaqlar çöldə oynayır,mənsə oynaya bilmirəm. Çünki paltom,şərfim,əlcəyim,papağım yoxdur. Babacan,xahiş edirəm ,mümkünsə ,bunları mənə hədiyyə et. ’’Poçtdakı qadınlar kövrəlib ağlaşır və öz aralarında pul yığıb, uşağa papaq, şərf, palto alırlar. Bircə əlcək almağa pulları çatmır.Bağlamanı ünvana göndərirlər.2 ay sonra yenə Dimadan şaxta babaya məktub gəlir: ’’Çox sağ ol babacan. Hədiyyəni aldım bircə əlcəklər yox idi. Eybi yox, yəqin poçtdakı arvadlar çırpışdırıb. Ac gözlər, haramları olsun. ’’
-Ata nə üçün konfetləri yolkanın lap başında asırsan?
-Ona görə ki, bayrama qədər yeyib qurtarmayasan.
-Nə danışırsan?İndi mən bayrama kimi zər yeməliyəm?
Yeni ilə 1-2 gün qalmış uşağı nənəsini yanına gətirirlər. Nənə nəvəsi ilə oynayır, yedirir, yatırdır. Uşaq oyananda qışqırmağa, dəcəllik etməyə başlayır. Axırı nənə deyir :
- Bax, özünü yaxşı aparsan, Şaxta baba sənə oyuncaq qatar gətirəcək
Uşaq sevinir :
- Aaa...nə yaxşı...indi mənim iki oyuncaq qatarım olacaq.
- İki niyə ? – nənə təəccüblənir.
- Birini sənin çarpayının altından tapmışam.
31 Dekabr. Oğul anasına yaxınlaşır və deyir:
- Ana gəl 12-nin yarısı qışqıraq Yeni İl Yeni İl
Anası təəccüblə soruşur:
-Niyə oğlum?
- Qoy qonşular elə bilsin ki, yeni il birinci bizə gəlib.
Yeni ildə ata oğlu ilə danışır:
-Oğlum sən artıq böyüksən.Bilməlisən ki,Şaxta baba yoxdur yalandır.O mən idim.
Oğul atasına :
-Ata narahat olma mən bilirəm ki o sən idin. Hətta məni bu evə gətirən leylək də sənsən.
Qızlar yeni ili atılmış və ruhlarla dolu bir evdə keçirtməyə qərara alırlar. Qızlardan biri:
-Anam mənə ruhlarla yeni il keçirtməyə qoymur.
-Niyə?
- Keçən il onun rəfiqəsi yeni il ruhla keçirtdi. İndi uşağını baxçada qəbul eləmirlər.
- Şaxta baba, gətirdiyin hədiyyə üçün çox sağ ol.
- Əşşi boş şeydi. Təşəkkür etməyə dəyməz.
- Mən də o fikirdəyəm. Ancaq anam dedi ki təşəkkür et. 1.Bir gün çobanla qoyun şahmat oynuyur çəmənlikdə..bir nəfər yoldan keçən adam yaxınlaşıb soruşur ki,: "ÇOBAN HESAB NEÇƏDİ?" çoban cavab verir: "ƏŞŞİ QOYUN Kİ QOYUN 3-2 UDURAM"
2.Iki nəfər bayram məclisindən çıxıb evə gedir.Bunlar qərara gəlirlər ki, məzə üçün qəbirsanlıqdan keçsinlər. Belə də edirlər.Amma qəribə tıqqıltı səsi gəlir və qorxurlar, birdən onlar çəkic və iskənə ilə işləyən qoca qarı görürlər. Ona yaxınlaşıb deyirlər : Siz burda nə edirsiz?
az qalsın qorxudan öləcəkdik. Gecə vaxtı burda iş görürsünüz?!
Qarı qışqıraraq:bu axmaqlar mənim adımı səhv yazıblar baş daşında, onu düzəldirəm.
3.Bir gün bir kişi sevinə-sevinə evə gedir. Qonşusu soruşur: nə olub, yaman
sevinirsən? Bu gün qaynanamın ad günüdür. Nə almısan? - Sırğa. Bəs bu
tüfəngi neyləyirsən. Qulağını deşəcəm.
4.Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:-sizi
təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən
istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul
hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam. Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ? Sürücünün yanında oturan arvadı isə: “cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “. Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ? Bu
zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : “ mən sizə dedim axı
oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.” Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ? Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik ?
5.Bir gün bir kəndli dostu ilə Londona gedir.Qəfildən top atılır. Səsdən
qorxan kəndli dostundan soruşur: Niyə top atırlar?- Yelizabet keçir,
ona gorə.Bir az keçir yene top atılır, kəndli soruşur: Niyə top
atırlar axı?- Dedim axı Yelizabet keçir!- iki saatdı bir arvadı
vura bilmirlər?!
6. Bir oğlan bir qıza yaxınlaşıb soruşur:
-Sən bu günə kimi ağ atlı oğlan gözləyirsən?
Qiz: -Hə
Oğlan: -Budur, mən gəlmişəm!
Qız: -Bəs oğlan hanı?
7. Bir gün dəlilər çimmək istəyirlər, bilmirlər harda çimsinlər. Dəlilərdən biri kanserva qabını tapıb icinə su doldurur ve o biri dəliyə deyir ki, çıx binanın üstünə və tullan. O biri dəli deyir: mən dəliyəm tullanım səndə kanserva qabını çəkəsən dəyim yerə!
8.Bir nəfər çamadan satır ve vağzalda gəzişən bir kişiyə yaxınlaşıb deyir: çamadan almaq istəmirsiz? kishi soruşur; çamadanı neyniyirlər?
.----bura paltarları qoyurlar
-----a bəs özüm lüt gəzim?
9.Bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır.Birdən qabağına timsah çıxır. Ağzını yekə açıb soruşur: - Noolub eee səsin-küyün bürüyüb meşəni? Qarışqa cavab verir: - Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə onu öldürürlər.timsah reski ağzını balacalaşdırıb deyir-
DE SƏNÖL?
10.1 erməni gəlir kitabxanaya və kitabxanaçıdan soruşur ki, erməni tarixi ilə bağlı mənə kitab lazımdı.kitabxanaçı cavab verir:`fantaziya kitabları 2 mərtəbədə.